Dünya
“Konq-rey” 2 nəfərin ölümünə səbəb olub
"Konq-rey" tufanının törətdiyi fəsadlar nəticəsində Cənubi Koreyada 2 nəfər ölüb, bir nəfər itkin düşüb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, oktyabrın 6-da səhər saatlarında Koreya yarımadasına yaxınlaşan tufan səbəbindən yüzlərlə sakin təxliyə edilib, 61 mindən çox evin elektrik təchizatında fasilələr yaranıb. Bəzi yaşayış məntəqələrində daşqınlar olub.
Tufan daha çox Busan, Qanqneunq, Samçeok, Pohanq, Hadonq və Hapçeon şəhərlərində fəsadlar törədib.
Milli.Az