Ölkə
Kimyəvi məhlul 38 yaşlı qadını xəstəxanaya saldı
Tovuz rayonunda qadın zəhərlənib.
Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə rayonun "Semzavod" qəsəbəsində baş verib.
Qəsəbə sakini, 1980-ci il təvəllüdlü Umarova Almaz Fariz qızı ehtiyatsızlıqdan kimyəvi məhlul içib.
Qadın ağır vəziyyətdə Tovuz Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az