Ölkə

Kardioloqlardan ürək xəstələrinə şad xəbər - ARAŞDIRMA

Metbuat.az

İnfarkt, insult və ya işemiya keçirmiş xəstələr 20 dəqiqə fasilələrlə minimal hərəkət edərlərsə həyatlarını uzada bilərlər.

Milli.Az yenicag.az-a istinadən xəbər verir ki, Kanadanın Albert Universitetinin kardioloqları apardıqları araşdırmalar nəticəsində belə qənaətə gəliblər.

Həkimlər ürəyi xəstə insanlara hər 20 dəqiqədən bir yerlərindən qalxaraq növbəti 7 dəqiqə ərzində yüngül fiziki hərəkətlər etməyi tövsiyə ediblər.

Hətta otaqda mütəmadi var-gəl etmək gündə 770 kilokalori itirməklə nəticələnə bilər.

Qeyd edək ki, fiziki fəallığın olamaması orqanizmdə xolesterin və digər ziyanlı maddələrin toplanmasına gətirib çıxarır.

Milli.Az