Dünya

Kamerunda silahlılar 5 məktəblini qaçırıb

Metbuat.az

Kamerunun Bamenda şəhərində silahlı qruplaşma 5 məktəbli uşağı qaçırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, silahlı qruplaşma "Atiela" məktəbinə hücum edib və 6 məktəblini qaçırıb. Qaçırılanlardan biri silahlıların əlindən qaça bilib. Ona tibbi yardım göstərilib.

Təhlükəsizlik xidmətlərinin əməkdaşları silahlıların avtomobilini atəşə tutsalarda, onları saxlamaq mümkünolmayıb. Qaçırılan 5 məktbəli haqqında məlumat yoxdur.

Bildirilir ki, silahlılar ölkənin şimal-qərb və cənub-qərb regionlarında məktəblərə hücum edirlər və bu səbəbdən məktəblər fəaliyyətini dayandırır. Uşaqlar isə ölkənin daha təhlükəsiz regionlarında məktəbə getməli olur.

Milli.Az