Dünya

Jirinovski inauqurasiya zamanı yıxıldı

Metbuat.az

Rusiya Dövlət Dumasının sədr müavini, Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski Vladimirsk vilayətinin qubernatoru Vladimir Sipyaqinin inauqurasiya mərasimi zamanı büdrəyib və yıxılıb.

Metbuat.az virtualaz.org-a istinadən bildirir ki, Sipyaqinin andiçmə mərasimi vilayət administrasiyasının binasında keçirilib.

Andiçmədən və Rusiya prezidentinin Mərkəzi federal dairə üzrə nümayəndəsi İqor Şeqolevin çıxışından sonra Jirinovski səhnəyə dəvət edilib.

Pilləkənləri qalxan zaman o, büdrəyib və yıxılıb. Jirinovski fotoqrafın köməyi ilə ayağa qalxıb.


Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti AÇIQLADI - Oxumaq üçün tıkla