Dünya

İspaniya sahillərində 2 minə yaxın miqrant aşkarlanıb

Metbuat.az

Ötən üç gün ərzində İspaniya sahillərində 2 minə yaxın miqrant aşkar edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə yerli Dənizdə Xilasetmə Xidməti məlumat yayıb.

Təkcə bazar ertəsi Cəbəllütariq boğazında göyərtələrində 357 nəfərin olduğu 8 qayıq, Alboran dənizində içərilərində 303 nəfərin olduğu 6 qayıq və Kanar arxipelaqının Fuerteventura adası yaxınlığında göyərtəsində 31 nəfər olan bir qayıq aşkar edilib.

Şənbə və bazar günlərində xilasedicilər İspaniya sahillərində - Cəbəllütariq boğazında və Alboran dənizində göyərtələrində 1181 nəfərin olduğu 30 qayıq aşkar ediblər.

Beləliklə, son üç gün ərzində İspaniya sahillərində 1872 nəfər qeyri-leqal miqrant aşkar edilib.

Milli.Az