Dünya

İŞİD 700 nəfəri girov götürüb

Metbuat.az

İŞİD terrorçuları Suriyada 700 nəfəri girov götürüb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Suriyanın hərbi-diplomatik dairələrindən məlumat yayılıb.

Bildirilir ki, terrorçular Əl-Bəhrə yaşayış məntəqəsindəki qaçqınlar düşərgəsinə hücum ediblər. Onların girov götürdükləri şəxslər arasında Qərbi Avropa ölkələrinin də vətəndaşları var.

İŞİD silahlılarının nəzarəti altında 130-a yaxın ərəb ailəsi Hacindən çıxarılıb.

Milli.Az