Dünya

“İranı təhdid etmək axmaqlıdır”

Metbuat.az

ABŞ-ın eks müdafiə naziri Çak Hagel, Donald Tramp rəhbərliyinin Suriya siyasətilə bağlı açıqlama verib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, eks nazir “DefenseOne” qəzetinə açıqlamasında ABŞ rəhbərliyinin Suriyada İranın hərbi varlığını sona çatdırmaq üçün etdikləri çıxışları tənqid edib:

ABŞ-ın Suriyanın yarısına belə nəzarət etmədiyini qeyd edən Hagel deyib: “Şimal-şərq küncündə 2 min əsgərimiz var. 2 min amerikalı əsgərlə iranlıları Suriyadan çıxara bilməzsiniz. Suriyalıları, rusları və iranlıları hər hansı bir şeylə təhdid etmək axmaqlıdır. Onların əlində bizimkindən daha çox kart var”.

Ağ Evin Milli Təhlükəsizlik müşaviri Con Boltonun, “İran Suriyadakı hərbi varlığını davam etdiriyi müddətdə ABŞ bölgəni tərk etməyəcək” sözünə cavab verən Hagel deyib: “İranlılar orada yaşayır. ABŞ Yaxın Şərqdə deyil. Bunun geosiyasi reallığını yox edə biləcək bir şey edə bilməzsiniz. Bundan başqa yolu yoxdur. Bu ölkələrin ortaq mənfəətlərinə uyğun həll tapmalısınız”.

Günay Elşadqızı / METBUAT.AZ