Dünya

İran və Fransa arasında pul köçürmələri dayandırılır - Son tarix 4 noyabr

Metbuat.az

Artıq iki ildir ki, Fransa bankları iranlılara aid hesabları müəyyənləşdirərək onları bağlayır. Ona görə bu, şişirdiləcək yeni məsələ deyil.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İran və Fransa Birgə Ticarət Palatasının iranlı həmsədri Mehdi Miremadi İSNA-ya deyib.

M.Miremadi bank hesablarının dondurulmasının yeni sanksiyalarla əlaqədar olmadığını və iranlıların hesablarının dondurulmasının ABŞ-ın öncəki sanksiyalar dövründən başlandığını bildirib:

"Bir bank bir hesabı dondurursa, bu məsələ şişirdilməməlidir. Bütün böyük banklar hesabın iranlıya aid olduğunu müəyyənləşdirdikdə, o hesabı dondururlar. Kiçik banklar haqda məlumat yoxdur".

İran və Fransa Birgə Ticarət Palatasının iranlı həmsədrinin sözlərinə görə, 4 noyabra qədər pul köçürməsi mümkündür. Lakin o tarixdən sonra Mərkəzi Bankın da adının sanksiyalar siyahısında olduğuna görə, pul köçürməsi çətinləşəcək.

Milli.Az