Ölkə

İmişlidə yeni doğulan körpə iki gün sonra öldü

Metbuat.az

İmişli rayonunda yeni doğulan körpə ölüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, İmişli rayon sakini, 2000-ci il təvəllüdlü Şahbazlı Nəzrin Saleh qızı oktyabrın 3-də gecə saatlarında doğuş sancıları ilə İmişli rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Qadın xəstəxanada oğlan uşağı dünyaya gətirib. Uşaq oktyabrın 6-da gecə saat 1 radələrində xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az