Dünya
Honkonqda ABŞ-ın Çinə qarşı ticarət müharibəsinə etiraz edildi
Çin Xalq Respublikasının xüsusi statusu olan bölgəsi olan Honkonqda ABŞ-ın Çinə qarşı ticarət müharibəsinə etiraz olaraq aksiya keçirilib.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Honkonqdakı ABŞ Konsulluğunun qarşısında toplaşan etirazçılar ABŞ-a və prezident Donald Trampa qarşı etirazlarını bildiriblər.
Bəzi nümayişçilər Trampın plakatlarını yandırıb, bəziləri isə ABŞ-ın texnologiya şirkəti olan “Apple”a aid “iPhone” markalı mobil telefonları sındırıblar.
Günay Elşadqızı / METBUAT.AZ