Dünya
Hindistan güclü qasırğanın astanasında: insanlar təxliyə edilirlər
Güclü "Titli" qasırğasının yaxınlaşması ilə əlaqədar Hindistanın Orissa ştatının 5 sahilboyu rayonundan təqribən 300 min insanın təxliyəsinə başlanılıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, qasırğa, sürəti saatda 140-150 km-ə çatan küləyin sürəti tezliklə Orissanı bol yağıntılara qərq edəcək. Sonra qasırğanın şimala tərəf, Qərbi Benqaliya ştatına üz tutacağı bildirilir.
Bu gün Orissada əksər dövlət qurumları bağlanıb. İctimai nəqliyyat işləmir. Balıqçılara dənizə çıxmamaq tövsiyə olunub.
Milli.Az