Dünya

Həmkarını güllələyən eks-deputat

Metbuat.az

Oktyabrın 6-da axşam saatlarında Yerevan restoranlarından birində həmkarını güllələyən eks-deputat Arutyun Qaragözyan intihar edib.

Metbuat.az xəbər verir ki, Yerevanın Davitaşen rayonundakı daş emalı sexlərindən birində eks-deputat Qaragözyanın cəsədi aşkarlanıb. Onun odlu silahdan açılan atəş nəticəsində öldüyü müəyyən olunub, cəsədin sağ əlində tapança aşkarlanıb. Polisdən bildirildiyinə görə Qaragözyanın intihar etdiyi ehtimal olunur.

Digər məlumata görə restpranda baş vermiş qanlı “razborkada” digər eks-deputat Abraam Manukyan da olub. O, Karo Karapetyanla Arutyun Qaragözyanın görüşündə iştirak edib. Bu gün Manukyan hadisə ilə bağlı dindirilib.

Məlum olub ki, Qaragözyanla Karo Karapetyan arasında maliyyə məsələlərinə görə münaqişə olub və Manukyan onları barışdırmaq üçün restorandakı görüşə gedibmiş.

30 yaşlı jurnalisti zorlayıb öldürdülər - FOTOLAR - Oxumaq üçün tıkla