Dünya

Haitidə zəlzələ: ölənlərin sayı 15-ə çatıb

Metbuat.az

Haiti sahillərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb, daha 333 nəfər yaralı var.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Haitinin Mülki Müdafiə İdarəsinə istinadən yerli "Haiti Libre" internet-portalı məlumat yayıb.

"6 oktyabr 2018-ci il tarixində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı bu gün 15 nəfərə qədər artıb...Azı 333 nəfər yaralanıb və tibb mərkəzlərinə göndərilib", - deyə İdarənin məlumatında bildirilir.

Milli.Az