Dünya
Gürcüstanda prezident seçkiləri ilə bağlı
Gürcüstanda prezident seçkiləri keçirilir.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, səsverməyə yerli vaxtla saat 8:00-da start verilib.
Prezidentlik uğrunda 25 namizəd mübarizə aparır. Onlardan 19-nun namizədliyi siyasi partiyalar, 6 nəfərin namizədliyi isə seçicilərin təşəbbüs qrupları tərəfindən irəli sürülüb. Ancaq buna qədər iki namizəd – Akaki Asatiani və Vaxtanq Qabuniya namizədliyini geri çəkib
Qeyd edək ki, ümumilikdə 3730 seçki məntəqəsi yaradılıb.