Ölkə
Göygöldə 79 yaşlı kişini cərəyan vurdu
Göygöl rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
1939-cu il təvəllüdlü yerli sakin Xanlar Bayramov rayonun Mollacəlili kəndində ehtiyatsızlıqdan naqilə toxunub.
Nəticədə cərəyan onu vuraraq öldürüb. Hadisənin dəqiq başvermə səbəbləri araşdırılır.
Bundan əvvəl Göygöl rayonunda mebel sexində yanğın baş verib. (report)