Digər
Fransa XİN: "Qondarma "DQR”-i tanımır, "Dostluq Xartiyasını”nı qəbul etmirik"
Fransa dövləti Sent-Etyen şəhər bələdiyyəsi ilə qondarma "Dağlıq QarabağRespublikası"ndakı erməni separatçıları arasında imzalanan "Dostluq xartiyası"nı qəbul etmir.
Milli.Az bildirir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Fransa Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
"Fransa dövlətinin bu məsələdə mövqeyi aydındır. Fransa "Dağlıq Qarabağ Respublikası"nı tanımır və Sent-Etyen şəhəri ilə "DQR" arasında imzalanan "Dostluq Xartiyasını"-nı qəbul etmir, - deyə XİN-dən əlavə olunub.
Milli.Az