Dünya
Filippin prezidenti söz verdi: "Xərçəngə yoluxsam, istefa verəcəm"
Xərçəngə və ya hər hansı ölümcül, müalicəsi olmayan xəstəliyə yoluxsam, bu ofisdə olmayacağam.
Filippinin prezidenti Rodriqo Duterte ölümcül xəstəliyə tutulsa, istefaya getməyə söz verib.
Milli.Az Sputniknews-a istinadla xəbər verir ki, son günlər qida borusunda yaranan problemə görə xəstəxanaya düşən prezident bildirib ki, xəstəliyinin ölümcül olduğu açıqlansa, postu tərk edəcək.
Qeyd edək ki, o, bir müddət əvvəl də Allahın varlığını ona sübut edən olsa, istefaya gedəcəyinə söz vermişdi.
Bəxtiyar Umarlı
Milli.Az