Dünya

Əsəd rejimindən iddialı açıqlama: İdlibə girəcəyik

Metbuat.az

İdlib ölkəmizin çox əhəmiyyətli bir hissəsidir. Bu şəhəri yenidən nəzarətimiz altına almaq niyyətindəyik. BMT-də haqlarımızı qorumaq istiqamətində siyasi və diplomatik iş aparırıq.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri bildirib.

"Orada 30 min terrorçu toplaşıb. Rusiya-Türkiyə müqaviləsinə zidd olaraq, Hələb atəşə tutulanda bizdən nə etməyimizi gözləyirsiniz? Əlbəttə, İdlib üzərində suverenliyimizi lazım bildikdə bərpa edəcəyik, çünki İdlib torpaqlarımızın bir hissəsidir", - Cəfəri qeyd edib.

Milli.Az