Digər
Ermənistanla sərhəddə daha bir İNSİDENT: gecə vaxtı Arazı keçən 4 nəfər...
Ermənistan-Türkiyə sərhədində sərhədi qanunsuz pozan 4
Türkiyə vətəndaşı saxlanılıb.
Publika.az xəbər verir ki, bu barədə sərhədi qoruyan
Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd İdarəsi məlumat
yayıb.
Məlumata görə, oktyabrın 15-dən 16-na keçən gecə Türkiyə vətəndaşı
olan 4 naməlum şəxs sərhədi qanunsuz keçməyə cəhd edib.
“Qanunu pozanların sözlərinə görə, onlar gecə vaxtı Araz çayını
keçərək, sərhədi qısa müddətdə adlamağı planlaşdırıblar. Lakin
sərhəd dəstəyinin peşəkar hərbi qulluqçuları bunun qarşısını alıb”,
- deyə məlumatda deyilir.
Məlumatda qeyd olunur ki, saxlanılanlar Ermənistan hüquqi-mühafizə
orqanlarına təhvil verilib.
Asif