Dünya
Ərdoğan, Makron və Putinin görüş vaxtı açıqlandı
İstanbulda 4 ölkə prezidenti arasında zirvə toplantısı keçiriləcək.
Milli.Az haberler-ə istinadla xəbər verir ki, görüşün vaxtı dəqiqləşib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Emmanuel Makron oktyabr ayının 27-də İstanbulda görüşəcəklər. Sammitdə Suriyadakı vəziyyət müzakirə ediləcək.
Bu barədə məlumatı Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın deyib.
Bəxtiyar Umarlı
Milli.Az