Digər
Ərdoğan: “Azərbaycanın uğurları bizi sevindirir”
“Azərbaycan hər zaman Türkiyənin yanında olub və qardaş
ölkədir”.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti
Rəcəb Tayyip Ərdoğan “Star” Neft Emalı Zavodunun açılışı haqqında
danışarkən deyib.
Onun sözlərinə görə, Azərbaycanın Türkiyənin yanında olması və onun
nailiyyətləri Ankaranı sevindirir.
Qeyd edək ki, bu gün İzmir şəhərində SOCAR-a məxsus “Star” Neft
Emalı Zavodunun açılışı baş tutacaq. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev İzmir şəhərində “Star” neft emalı zavodunun
açılış mərasimində iştirak etmək üçün bu gün Türkiyə Respublikasına
işgüzar səfərə gedib.