Dünya

Ər-Riyad jurnalistin qətlə yetirildiyini etiraf edəcək

Metbuat.az

Səudiyyə Ərəbistanı müxalif jurnalist Camal Khaşoqinin ölümü ilə bağlı bəyanat hazırlayır.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə CNN iki mənbəyə istinadən məlumat yayıb.

Bildirilir ki, Ər-Riyad jurnalistin ölümünə "plan üzrə getməyən dindirilmə"nin səbəb olduğunu bəyan edəcək. Habelə günahkar olan şəxslərin axtarılaraq məsuliyyətə cəlb olunacağına dair vədlər veriləcəyi deyilir.

Milli.Az