Ölkə

Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri ilə görüşüb

Metbuat.az

Xarici işlər naziri Elmar Məmmədyarov Şərq Tərəfdaşlığı ölkələrinin Lüksemburqda keçirilən nazirlər görüşü çərçivəsində ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri Stefan Viskonti ilə görüşüb.

Bu barədə Milli.Az-a Azərbaycan XİN-in Mətbuat Xidmətindən bildirilib.

Məlumata görə, tərəflər BMT-nin Baş Assambleyası çərçivəsində Nyu Yorkda baş tutan birgə görüşdən sonra danışıqlar prosesinin hazırkı vəziyyətini müzakirə edib və ATƏT-in Minsk Qrupunun həm-sədrlərinin bölgəyə qarşıdan gələn səfəri üzrə fikir mübadiləsi aparıblar.

Milli.Az