Dünya

Əfqanıstanda terrorçuların hücumu nəticəsində 7 polis ölüb

Metbuat.az

Əfqanıstanda "Taliban" radikal hərəkatının üzvlərinin hücumu nəticəsində hüquq-mühafizə orqanlarının 7 üzvü ölüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hücum ölkənin Vardak vilayətində törədilib. Ölənlərin arasında Seyidabad rayonun polis bölməsinin rəisi də var.

KİV-lərin verdiyi məlumata əsasən, güc strukturları bir neçə terrorçunu məhv etməyə nail ola biliblər, lakin onların dəqiq sayı məlum deyil. Hal-hazırda rayon güc strukturları və milli müdafiə qüvvələrinin nəzarəti altındadır.

Milli.Az