Dünya

Ed Şiran, Stinq və Rita Ora "Brexit"ə qarşı çıxıblar

Metbuat.az

Böyük Britaniyadan olan musiqiçilər "Brexit"ə qarşı çıxıblar.

Milli.Az "report"-a istinadən bildirir ki, onlar ölkənin baş naziri Tereza Meyə açıq məktub ünvanlayaraq bildiriblər ki, Birləşmiş Krallığın Avropa İttifaqından çıxması dövlətin mədəni nüfuzuna bərpası mümkün olmayan zərbə vuracaq.

Məktubun müəllifi irlandiyalı musiqiçi Bob Qeldofdur. Onu imzalayanlar arasında Ed Şiran, Rita Ora, Deymon Albarn və Stinq kimi tanınmış ifaçılar var.

Milli.Az