Ölkə

Dövlət Müstəqilliyi Gününə həsr edilmiş tədbir keçirilib - FOTO

Metbuat.az

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə N saylı hərbi hissədə 18 oktyabr- Dövlət Müstəqilliyi Gününün 27-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, tədbirin əvvəlində aparıcı Humay Muxtarova əsgərlər qarşısında çıxış edərək bu günün tarixi əhəmiyyətindən danışıb.

Müğənni Elnur Məmmədov şən mahnılardan ibarət konsert proqramı ilə çıxış edib. Onun vətənpərvərlik ruhunda olan ifaları əsgərlərdə xoş əhval-ruhiyyə yaradıb.

Sonda alayın rəhbərliyi keçirilən tədbirə görə təşkilatçılara təşəkkürünü bildirib.

Milli.Az