Ölkə

Dövlət Gömrük Komitəsinin əməkdaşları barədə

Metbuat.az

Dövlət Gömrük Komitəsi korrupsiyaya yol vermiş əməkdaşlarının hərəkətlərinə hüquqi qiymət verilməsi üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə 2 material göndərib.

Metbuat.az-ın trend.az-a istinadən verdiyi məlumata görə, bunu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.

Onun sözlərinə görə, hər iki material üzrə cinayət işlərinin başlanması nəzərdə tutulur: “Eyni zamanda idarədə gömrük əməkdaşlarının fəaliyyəti ilə bağlı 3 cinayət işi var ki, onların da istintaqı davam etdirilir”.

“Zavodda 4 il çilingər işləmişəm” - Vaqif Əsədovla MÜSAHİBƏ / FOTOLAR - Oxumaq üçün tıkla