Ölkə
Daşkəsəndə yük avtomobili dərəyə aşıb
Daşkəsən rayonunda idarəetmədən çıxan yük avtomobili dərəyə aşıb.
Milli.Az "Report"a istinadən bildirir ki, Alunit qəsəbəsində baş verən hadisə nəticəsində 1 nəfər xəsarət alıb.
Qəzaya düşən yük avtomobili Azərbaycanda fəaliyyət göstərən şirkətlərin birinə məxsusdur.
Faktla bağlı araşdırma aparılır.
Bundan əvvəl Ağstafada yaşlı kişini avtomobil vurub.
Milli.Az