Ölkə

Daşkəsəndə 43 yaşlı qadını əri döydü

Metbuat.az

Daşkəsən rayonunda döyülmə hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, rayonun Astaf kənd sakini, 43 yaşlı R.O-ova hələ ki, məlum olmayan səbəblərdən əri tərəfindən döyülüb.

Müxtəlif bədən xəsarətləri alan qadın Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az