Ölkə
Daha bir jurnalist öldürüldü - FOTO
Qazaxıstanın Hit TV telekanalının xanım prodüser və jurnalisti Almatıda ölü tapılıb.
Publika.az "Report"a istinadən xəbər verir ki, Ayqerim Musayeva oktyabrın 19-da itkin düşüb.
Bu barədə onun yaxınları sosial şəbəkələrdə yazıblar. Qızın ölüm faktı barədə həmkarları Feysbukda məlumat veriblər.
Bildirilir ki, o sonuncu dəfə Altau rayon Əhaliyə Xidmət Mərkəzində olub. Bunu videomüşahidə kameraları qeydə alıb. Faciənin hansı şəraitdə baş verdiyi açıqlanmır.