Ölkə
Çörək almaq üçün evdən çıxdı, amma... - Bakıda ŞOK OLAY - VİDEO
Bakı sakini, 1985-ci il təvəllüdlü Vüsal Osmanov iyulun 8-də çörək almaq üçün evdən çıxıb və bir daha geri qayıtmayıb.
Yaxınlarının sözlərinə görə, Vüsalın heç kəslə problemi və
mübahisəsi olmayıb. Həmçinin onun heç kimə borcu yoxdur.
Vüsalın hara getdiyi məlum deyil. Bu günədək qohumları ilə birgə
aparılan axtarışlar da nəticə verməyib.
Vüsal Osmanovun yoxa çıxması ilə bağlı polisə məlumat verilib. 8-ci
polis bölməsi tərəfindən axtarışlar davam etdirilir. (Xəzər TV)