Dünya

Çində dəhşətli yanğın: 5 nəfər həyatını itirdi

Metbuat.az

Çinin cənubunda Quanqdonq əyalatinin Şantou mahalında yanğın baş verib.

Milli.Az yenicag.az-a istinadən xəbər verir ki, yanğın qısa müddətdə genişlənərək, 5 nəfərin ölümü, 8 nəfərin yaralanmasına səbəb olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib.
Yanğınla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bundan əvvəl də Şantouda avqust ayında da yanğın baş vermiş və 6 nəfər həyatını itirmişdi.

Milli.Az