Çin 1500-dən çox idxal məhsuluna qoyulan vergini azaldır
Çinin maliyyə naziri ölkənin çox sayda idxal məhsuluna tətbiq etdiyi vergiləri azaldacağını açıqlayıb.
Milli.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, toxuculuq, metal və polad məhsullarına tətbiq edilən vergi 11,5%-dən 8,4%-ə endirilib. Nazir həmçinin taxta və kağız, mineral və qiymətli daşlara qoyulan verginin 6,6%-dən 5,4%-ə endiriləcəyini açıqlayıb. Ümumilikdə 1500-dən çox məhsula tətbiq edilən vergi miqdarı 10,5%-dən 7,8%-ə endiriləcək. Dəyişikliklər noyabrın 1-dən etibarən qüvvəyə minəcək.
İyul ayının əvvəllərində Çin kosmetika və fitnes məhsullarına, məişət texnikasına tətbiq edilən vergini azaltmaq barədə qərar qəbul etmişdi.
Qeyd edək ki, Çin hökümətinin vergi dəyişikliyinin səbəbləri arasında xarici ticarətin balanslı inkişafına nail olmaq və ABŞ-la ticarət müharibəsi göstərilir.
Milli.Az