Cənubi və Şimali Koreya müharibədən sonra bağlanan
Cənubi və Şimali Koreya 1950-1953-cü illər arasında baş verən Koreya müharibəsindən sonra bağlanan yol və dəmir yolu əlaqələrini yenidən açmaq barədə razılığa gəlib.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, nəqliyyat əlaqələri haqqında razılıq, ötən ay Cənubi Koreya prezidenti Mun Ce-in və Şimali Koreya lideri Kim Çen In arasında keçirilən üçüncü zirvə görüşündəki qərarlardan sonra verilib.
Cənubi Koreya Birləşmə Nazirliyi tərəfindən yayılan ortaq açıqlamada bildirilir ki, bu qərar Cənubi və Şimali arasındakı görüşlər və Koreyalararası əlaqələr nəticəsində əldə edilib. Məlumatda deyilir ki, nəqliyyat marşrutlarının yenidən qurulma səyləri noyabrın sonunda və ya dekabrda başlayacaq. Bu ayın sonundan etibarən nəqliyyat planları üzrə birgə sahə araşdırmaları aparılacağı qeyd edilib.
Günay Elşadqızı / METBUAT.AZ