Dünya

Cənub Aşağı Kaliforniyada fövqəladə vəziyyət elan edilib

Metbuat.az

Meksikanın Daxili İşlər Nazirliyi ölkənin Cənub Aşağı Kaliforniya ştatında "Serxio" tropik fırtınası səbəbindən fövqəladə vəziyyət rejimi elan edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Milli Mülki Müdafiə Xidməti xəbər verir.

Məlumata əsasən, fövqəladə vəziyyət rejimi Komondu, Loreto və Meloqe bələdiyyələrində tətbiq edilib.

Qeyd edək ki, fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi yerli hakimiyyətə lazım gələrsə fövqəladə hallarda yardım göstərilməsi üzrə Fondun vəsaitlərindən istifadə etməyə imkan verir.

Milli.Az