Ölkə

Cəlilabadda yaşlı kişini torpağa görə döydülər

Metbuat.az

Cəlilabad rayonunda qohumlar arasında torpaq sahəsi üstündə kütləvi dava düşüb.

Milli.Az "Report"a istinadən bildirir ki, rayonun Təklə kəndində baş verən dava zamanı 1961-ci il təvəllüdlü İbişov Səftər Səttar oğlu qayınının oğlanları tərəfindən döyülərək müxtəlif bədən xəsarətləri alıb.

Yaralı yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Gəncədə gənc oğlanı maşın vuraraq öldürüb.

Milli.Az