Dünya
Bu münasibətlə dünyanın ən uca qülləsində Putinə təbrik yazıldı
Oktyabrın 7-də Dubaydakı dünyanın ən hündür tikilisi hesab edilən “Xəlifə bürcü” ("Burj Khalifa”) adlanan binanın üzərində Rusiya prezidenti V.Putinə doğum günü münasibətilə təbrik mesajı yazılıb.
Metbuat.az moderator.az-a istinadla xəbər verir ki, axşam saatlarında Dubay fontanı yaxınlığındakı bütün insanlar üzərində «Happy Birthday, Mr Putin»(Ad günün mübarək, cənab Putin”) yazısı olan nəhəng tortun proyeksiyasını müşahidə edə biliblər.
Qeyd edək ki, Putinin doğum gününə həsr olunmuş mesajlar Parisdə Rusiya bayrağının rənglərinə boyanmış Eyfel qülləsində və Nyu-Yorkdakı “Trump Tower”da (“Tramp qülləsi”) də əks olunub.