Ölkə
Bu gün yanğınsöndürənlərin peşə bayramıdır
10 oktyabr yanğınsöndürənlərin peşə bayramıdır.
Metbuat.az xəbər verir ki, 2002-ci il oktyabr ayının 5-də ümummilli lider Heydər Əliyev hər il oktyabr ayının 10-nun “Yanğınsöndürənlərin peşə bayramı günü” kimi qeyd olunması haqqında Sərəncam imzalayıb. Həmin tarixdən etibarən hər il oktyabrın 10-u yanğınsöndürənlərin peşə bayramı kimi qeyd olunur.
1997-ci ildə “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun qəbul olunması yanğın təhlükəsizliyi və dövlət yanğın nəzarəti sisteminin təşkilinin hüquqi əsaslarını və prinsiplərini müəyyən edib. Sonrakı dövrlərdə də Azərbaycanın yanğın təhlükəsizliyi xidməti inkişafda olub, yanğından mühafizə sistemləri təkmilləşdirilib, şəxsi heyətin sosial-məişət şəraiti yaxşılaşdırılıb.