Dünya

Bu gün Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda axtarış aparılacaq

Metbuat.az

İtkin düşən jurnalist Camal Qaşıqçı ilə bağlı bu gün Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda axtarış aparılacaq.

Milli.Az report-a istinadən xəbər verir ki, axtarışları Türkiyə və Səudiyyə Ərəbistanından olan ekspertlər birgə aparacaqlar. 

Axtarışlar axşam saatlarında başlayacaq. 

Qeyd edək ki, səudiyyə ərəbistanlı jurnalsit, "Vaşinqton post" qəzetinin əməkdaşı C.Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstnabuldakı Baş Konslluğunun binasına daxil olub və itkin düşüb. Türkiyə Səudiyyə Ərəbistanından konsulluğun binasında axtarşı aparılmasını istəmişdi.

Milli.Az