Bir ev uçdu, hasar dağılaraq yola töküldü - Bayıldakı sürüşmənin GÖRÜNTÜLƏRİ - VİDEO - FOTO
Bayılda daha bir ev dağıldı.
Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, Bayıl qəsəbəsinin Amfiteatr ərazisində Buxta küçəsində yenidən uçqun sürüşmə hadisəsi baş verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, nəticədə 9 nömrəli ev tamamilə dağılıb, bir neçə evin divarlarında çatlar əmələ gəlib.
Bundan başqa Bibiheybət istiqamətində avtomobil yolunun kənarında qoruyucu divar dağılaraq asfalta tökülüb. Bu prosesin sürüşmə ilə bağlı olub-olmadığı hələlik bildirilmir. Nazirliyin qərərgahından verilən məlumatda bildirilir ki, Badamdar sürüşmə zonasında hadisə ilə əlaqədar uçqunların davam edəcəyi gözlənilir.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: