Ölkə

Bakının məşhur bazarında ŞOK OLAY: 4 yaşlı qız yoxa çıxdı

Metbuat.az

Bakıdakı bazarların birində azyaşlı qız itkin düşüb.

Publika.az xəbər verir ki, polisə müraciət edən Qaraçuxur qəsəbəsi Şərifov küçəsində yaşayan Muxtarov Fuad Muxtar oğlu dünən Naxçıvanski küçəsində yerləşən 8-ci kilometr bazarında 4 yaşlı qızı Maralın itkin düşdüyünü bildirib. O, qızını saat 19 radələrində - havanın qaraldığı vaxt itirdiyini əlavə edib.

Faktla bağlı Nizami rayon Polis İdarəsi 24-cü Polis Bölməsi tərəfindən araşdırma aparılır.

Nizam Rza