Ölkə
Bakıdakı dəhşətli avtobus qəzasında ölənlərin sayı ARTDI
Dünən Bakının Binə qəsəbəsində 160 nömrəli avtobusun yük qatarına çırpılması nəticəsində ölənlərin sayı 2 nəfər çatıb.
Publika.az xəbər verir ki, hadisə nəticəsində ağır xəsarət alan və 3 saylı şəhər xəstəxanasına yerləşdirilən 1962-ci il təvəllüdlü Əliyev Şakir Pənah oğlu həkimlərin səylərinə baxmayaraq vəfat edib. Hadisə nəticəsində 13 yaşlı məktəbli isə qəza yerində vəfat edib.
Qeyd edək ki, hadisə nəticəsində daha 26 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan 3-nün vəziyyəti ağır qiymətləndirilir.
Yaralılardan 5-i məktəblidir.
Nizam Rza