Ölkə
Bakıda qadınları qorxu içində saxlayan şəxs tutuldu
Bakıda oğurluqla məşğul olan şəxs tutulub.
Publika.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nizami RPİ 25-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Z.Bəkirovanın çantasından içərisində 300 manat, 50 ABŞ dolları və sənəd olan pulqabısını oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Konstantin Qnuşey yaxalanıb. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun daha 3 qadının çantalarından pul və sənəd oğurlaması da müəyyən edilib.
Araşdırmalar davam etdirilir.