Ölkə

Bakıda qadını aldadıb 600 manat aldılar

Metbuat.az

Bakıda dələduzluqla məşğul olan şəxs tutulub.

Publika.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 7-də naməlum şəxs Bakı şəhər sakini olan bir qadını aldadıb 600 manatını alıb. Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Vüsal Hüseynov saxlanılıb.

V.Hüseynovun ətrafında əlavə araşdırmalar aparılır.