Ölkə

Bakıda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib

Metbuat.az

Paytaxtın Nərimanov rayonunda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil verib.

Əməliyyat başa çatıb. ​

Milli.Az