Ölkə

Bakıda kişinin cibindən 3450 manat oğurlayan bacılar ələ keçdi

Metbuat.az

Bakıda oğurluq etmiş 2 qadın tutulub.

Publik.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Sabunçu RPİ 12-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 6-da Ramana qəsəbəsi ərazisində Bakı şəhər sakini Qorxmaz Hümbətovun cibindən 3450 manat oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri Gülüstan Süleymanova və bacısı Könül saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.