Ölkə

Bakıda avtomobil yanıb

Metbuat.az

Bakı şəhərinin Suraxanı rayonunda minik maşını yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az