Ölkə

Bakıda 5 nəfərin ölümünə səbəb olan sürücünün cinayət işi məhkəməyə göndərilib

Metbuat.az

Bakının Qaradağ rayonunda 5 nəfərin ölümündə təqsirləndirilən Heydər Quliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Milli.Az report-a istinadən xəbər verir ki, cinayət işinin ibtidai istintaqı yekunlaşaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin hazırlıq iclası oktyabrın 29-na təyin edilib.

Cinayət işi hakim Novruz Kərimovun icraatına verilib.

Qeyd edək ki, hadisə ötən il dekabr ayının 6-da Bakının Qaradağ rayonunda, Lökbatan-Xocasən avtomobil yolunun Qaradağ rayonundan keçən hissəsində baş verib. 

Milli.Az