Ölkə

Badamdarda sürüşmə sahəsinin dinamikası artdı

Metbuat.az

Badamdar sürüşmə sahəsində gərginlik davam edir.

Publika.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə sürüşmə zonasında saat 18:00-a olan monitorinq və müşahidələrin nəticələrinə əsasən gün ərzində yağan yağış sürüşmə sahəsində uçqun və töküntü proseslərinin dinamikasında artıma səbəb olub.

Sürüşmə sahəsinin sağ və sol hissələrində çatların genişlənməsi və irəliləməsi qeydə alınıb.